Yükgöndərənin və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından, daşıyıcının bu müqavilənin icrası ilə əlaqədar çəkdiyi bütün xərcləri, boşdayanma haqqını və/və ya fraxtı, yaxud onun hissəsini ödəmək şərti ilə, imtina etmək hüququ var.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəmi səfərə çıxana kimi yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etdikdə, daşıyıcı yükü, hətta yükün boşaldılması gəmini müəyyənləşdirilmiş vaxtdan artıq ləngitsə belə, yükgöndərənə və ya fraxtedənə verməyə borcludur.