Yükün saxlamaya təhvil verilməsinə daşıyıcının sərf etdiyi vaxt boşdayanma kimi qiymətləndirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəminin limana gəldiyi gündən keçən iki ay ərzində saxlamaya təhvil verilmiş yük tələb olunmazsa və yükgöndərən bu daşıma ilə əlaqədar daşıyıcının çəkdiyi bütün xərclərin əvəzini ödəməzsə, daşıyıcı yükü müəyyən edilmiş qaydada sata bilər.