Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin dəyişdirilməsinə, yaxud onların boşaldılmasına çəkilən xərclərin hansı hallarda ümumi qəza hesab edilmədiyinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin dəyişdirilməsinə, yaxud onların boşaldılmasına çəkilən xərclər aşağıdakı hallarda ümumi qəza hesab edilmir:
– xərclər yükün, yanacağın və ya təchizat predmetlərinin səfər zamanı yerdəyişməsi ilə əlaqədar yalnız yenidən yerləşdirilməsi məqsədi ilə çəkildikdə və belə yenidən yerləşdirmə ümumi təhlükəsizlik naminə həyata keçirilmədikdə;
– gəminin yüklənmə yerində aşkar edilmiş və səfər zamanı baş vermiş hər hansı bir bədbəxt hadisə və ya digər fövqəladə hallarla bağlı olmayan zədələnmə ilə əlaqədar gəminin təmiri üçün zərurət yarandıqda zədələnmə aradan qaldırıldıqda.
Göstərilən hallarda boşaldılmış və ya yeri dəyişdirilmiş yükün, yanacağın və ya təchizat predmetlərinin yenidən gəmiyə vurulması və ya yenidən yerləşdirilməsi üçün çəkilən xərclər onların sığortalanması və saxlanması üçün çəkilən xərclərlə birlikdə ümumi qəza hesab edilir.