Yükvurmanın vaxtından əvvəl qurtarmasına görə mükafat verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Tərəflərin razılaşması ilə yükvurmanın staliya vaxtının bitməsindən tez başa çatdırılmasına görə fraxtedən üçün mükafat (dispaç) müəyyən edilə bilər. Kontrstaliya vaxtı başa çatdıqda, daşıyıcıdan asılı olmayan səbəblərə görə şərtləşdirilmiş yük bütünlüklə gəmiyə vurulmadığı halda belə, daşıyıcının gəmini səfərə göndərmək hüququ var. Bu halda daşıyıcı fraxtı tam həcmdə almaq hüququnu saxlayır.