Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsini uğurla həyata keçirib.
Heftelik.az-ın məlumatına görə, layihənin məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ətraf mühitin və oradakı biomüxtəlifliyin qorunması, su hövzələrinin təmiz saxlanması, ekoturstik standartlara əməl edilməsi ilə Qarabağın turizm cəlbediciliyinin artırılmasına dəstək, həmçinin bu sahədə vəziyyətin monitorinqidir.
Layihə çərçivəsində yuxarıda qeyd edilən mövzuda maarifləndirici və məlumatlandırıcı yazılar hazırlanıb və mediada, o cümlədən, “ekosular.az” saytında yayımlanıb, Şuşa, Laçın, Suqovuşan, Xocavənd və Füzulidə ekoturistik baxımdan monitorinq aparılıb, layihə çərçivəsində ekspert təkliflərinə və monitorinqin nəticələrinə həsr olunmuş hesabat nəşr edilib və müvafiq qurumlara paylanılıb.