Müəssisənin (obyektin) ərazisində kənar təşkilatın işçiləri işləyirsə, ya buraya ezam olunmuşlarsa, onlara dərman qutusunun və tibb məntəqəsinin yerləri göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Hər bir müəssisədə, obyektdə, sexdə, sahədə və s. ilk tibbi yardım üçün lazimi tibbi ləvazimatın və dərman qutusunun vəziyyətini (çatışmazlığını) yoxlayan və onları tələb olunan qaydada saxlayan şəxs olmalıdır.