Daşınma üçün qəbul edilmiş yükün itirilməsinin və ya zədələnməsinin, yaxud çatdırılmasının gecikdirilməsinin belə hallar nəticəsində baş verməsini sübuta yetirmək vəzifəsi daşıyıcının üzərinə düşür.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Daşımanın bir hissəsini icra edən şəxs, yük onun ixtiyarında olduğu zaman, daşınma üçün qəbul etdiyi yükün itirilməsinə və ya zədələnməsinə, yaxud çatdırılmasının gecikdirilməsinə görə bu Məcəllədə müəyyən edilmiş qaydalara uyğun olaraq məsuliyyət daşıyır.