Yükgöndərən daşıyıcıya konosamentə daxil etmək üçün təqdim etdiyi məlumatların düzgünlüyünə təminat verir və belə məlumatların düzgün olmaması nəticəsində daşıyıcıya vurulmuş zərərə görə məsuliyyət daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Daşıyıcının zərərin əvəzinin ödənilməsinə olan hüququ dənizlə yük daşınması müqaviləsi üzrə daşıyıcının yükgöndərən olmayan hər hansı bir üçüncü şəxs qarşısında məsuliyyətini aradan qaldırmır.