Daşkəsəndə qayınanasına balta ilə xəsarət yetirib hadisə yerindən qaçan gəlinin (Səidə Həsənova) meyiti tapılıb.
Heftelik.az-ın APA TV-yə istinadən verdiyi məlumata görə, Xoşbulaq kənd sakini Qüdrət Göyüyev bildirib ki, meyit hadisənin baş verdiyi evin qonşuluğunda olan həyətdə aşkarlanıb.
Qüdrət Göyüyev cəsədin tapıldığı məhlənin otunu biçdirirmiş: “Gördüm ki, zibil kimi bir şey var. Yaxınlaşdım, görüm ki, meyit var. Bir qadın meyiti idi. Sol əli başının üstünə qoyulmuşdu. Elə də dünyasını dəyişmişdi. Mən də dərhal polisə xəbər verdim. Çox keçmədi gəlib apardılar. Polislər dedilər ki, Səidə Həsənovadır”.
Daha ətraflı APA TV-nin süjetində: