Avqustun 30-da saat 01:00 radələrində Göygöl rayonunun Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) və 3 azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə TƏBİB məlumat yayıb.

Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan ananın vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir.

***

saat 14.09

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların “Niastol” adlı dərmandan zəhərləndikləri ehtimal edilir.