Sığorta məbləği sığorta müqaviləsinin bağlanması tarixinə kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq əsas borc qalığının 110 (yüz on) faizini aşmamalı və azı kredit müqaviləsi üzrə əsas borc qalığına bərabər olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Sığorta müqaviləsi üzrə sığorta məbləği sığortaçı ilə sığortalının qarşılıqlı razılığı əsasında aşağıdakılardan biri üzrə müəyyənləşdirilir:

– kredit müqaviləsi üzrə borcun ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində;

– kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində.