Sığorta müddəti və sığorta ərazisinə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Sığorta təminatının müddəti kreditin qalan müddətinə bərabər olmaqla sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta haqqının və ya onun ilk hissəsinin ödənildiyi andan başlayır. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsinin qüvvədə olduğu əraziyə məhdudiyyət qoyulmur.