Sığortalının çəkdiyi xərclərin əvəzinin ödənilməsi şərtləri məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Sığortaçı sığortalının və ya faydalanan şəxsin aşağıda göstərilənlər üçün çəkdiyi zəruri xərclərin əvəzini ödəməyə borcludur:

– sığortaçının məsuliyyət daşıdığı zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə sığortalı və ya faydalanan şəxs tərəfindən görülən tədbirlərə — hətta belə tədbirlər uğursuzluqla nəticələnsə də;

–  bu Məcəllənin 214-cü maddəsinə uyğun olaraq sığortaçının göstərişlərinin icra edilməsinə;

– sığortaçı tərəfindən əvəzi ödənilməli olan zərərin miqdarının aydınlaşdırılmasına və müəyyənləşdirilməsinə;

– ümumi qəza üzrə dispaşanın tərtib edilməsinə.

Nəzərdə tutulmuş xərclər sığorta məbləğinin sığorta dəyərinə olan nisbətinə mütənasib surətdə ödənilir.