Sığortalının vəzifələri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.
Sığortalının vəzifələri:
– sığorta müqaviləsi sığortalanma haqqında ərizə tərtib edilməklə bağlandığı halda həmin ərizədə qoyulan suallara doğru cavablar vermək;
– sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;
– sığorta hadisəsinin baş verməsi barədə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına (qurumlarına) hər hansı vasitə ilə xəbər vermək. Bu vəzifə sığortalının nümayəndəsi və ya faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir;
– sığortaçıya faydalanan şəxs barədə düzgün məlumat vermək;
– sığorta müqaviləsi sığortalanma haqqında ərizə tərtib edilməklə bağlanarkən həmin ərizədə göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;
– kredit müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməsi və bu səbəbdən kredit müqaviləsinə xitam verilməsi ilə əlaqədar sığortaçını məlumatlandırmaq;
– qanunvericilikdə və bu Qaydada nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.