Qaz təhlükəli işlərin görülməsi qəza halları istisna olmaqla ancaq günün işıqlı vaxtlarında aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Qaz təhlükəli işlərin yerinə yetirilməsinə aşağıdakı şəxslər cəlb oluna bilər:

– Qaz təhlükəli işlərin yerinə yetirilməsini öyrənmiş və bu işlərin aparılmasına icazə verən ixtisas vəsiqəsi olan;

– Tənəffüs orqanlarının fərdi mühafizə vasitələrində işləməyə hazırlığı olan;

– İşlərin aparıldığı yerlərdə maddələrin xassələrini bilən;

– Zərərçəkənləri xilas etmək və ilk tibbi yardım göstərmək səriştəsi olan.