Göygöldə ölümlə nəticələn yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” və “Hyundai” markalı iki minik avtomobili toqquşub. Nəticədə “VAZ 2106″nın sürücüsü Samux rayon sakini 1992-ci il təvəllüdlü R.Muradov ölüb,  “VAZ 2106″nın sərnişini Samux rayon sakini 1995-ci il təvəllüdlü Ə.Aslanov, “Hyundai” markalı maşının sürücüsü 1986-cı il təvəllüdlü T.Babayev və onun sərnişini 1989-cu il təvəllüdlü N.Həsənova xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.