1990-cı ildə Azərbaycana qayıdan Heydər Əliyev öncə Bakıda, daha sonra Naxçıvanda yaşamışdır. Xalqı tərəfindən böyük hörmət sahibi olan Heydər Əliyev 1990-cı il 30 sentyabr seçkilərində o Nehrəm seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatlığına, M.F.Axundov seçki dairəsindən Naxçıvan MSSR-in xalq deputatı seçilir. 3 sentyabr 1991-ci il tarixində isə Naxçıvan MSSR-in Ali Məclisinin sədri seçilmişdir.

Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası bir çox çətinliklər ilə üz-üzə qalmışdır. Naxçıvanın sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Muxtar Respublikanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

1990-cı ilin noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilmiş və “Sovet Sosialist” sözləri o addan götürülərək, Naxçıvan Muxtar Respublikası adlandırılmışıdır. Heydər Əliyevin səyi nəticəsində keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edilmiş və bütün auditoriya qarşısında “qanlı bayraq” kimi yaddaşlara həkk olan sovet bayrağı iclasdan götürülərək igidlik rəmzi olan şanlı üçrəngli bayrağımız onun yerini əvəz etmişdir. O zaman Heydər Əliyev Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırmışdır ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq ozamankı rəhbərlik bunu etməmişdir. 3 aydan sonra isə 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı” haqqında qanunu qəbul edərək onu Dövlət Bayrağı elan etmişdir. Heydər Əliyevin iştirakı ilə xalqımızın bütün milli və dini bayramları, mərasimləri Naxçıvanda geniş şəkildə qeyd olunmağa başlanılmışdır.

1992-ci ilin oktyabrında dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin 110 illiyi Naxçıvanda təntənəli şəkildə qeyd edildi. Ulu öndərin şəxsi təşəbbüsü ilə 24 mart 1992-ci ildə Türkiyə Cumhuriyyəti ilə bağlanmış 100 nəfər naxçıvanlı gəncin Türkiyənin ali məktəblərində təhsil almasını nəzərdə tutan protokol Naxçıvanda təhsil sisteminin inkişafına atılmış ilk addımlardan biri idi. Həmin il Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində Heydər Əliyevin iştirakı ilə geniş şəkildə qeyd edilmişdir. O, NDUnun yüksəkixtisaslı kadrların yetişməsində böyük rol oynadığını qeyd etmiş, öz arzularını və tövsiyələrini tələbə-müəllim heyətinə çatdırmışdır.

Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Muxtar Respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələləri, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradılması kimi qərarlar qəbul olunmuşdur.

 

Sənan Hüseynov

Nyu-York Elmlər Akademiyasının üzvü, ADNSU III kurs tələbəsi