Müəllim intihar etdi

31 Avqust 2024, 22:35

İmişlidə idman müəllimi intihar edib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İmişlinin Xoşçobanlı kənd sakini, 1968-ci il təvəllüdlü Aslanov Rüstəm Əziz oğlu özünü internet xəttinin dirəyindən asaraq intihar edib.

Qeyd edək ki, R.Aslanov kənd məktəbində idman müəllimi kimi çalışırmış.Faktla bağlı İmişli prokurorluğunda araşdırma aparılır.