Səsvermə günü axşam ilkin nəticələri açıqlayacağıq.
Heftelik.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, ilkin nəticə rəsmi nəticə deyil: “Biz səsvermə günü kimə lider namizəd demək olarsa, bununla əlaqədar ilkin nəticədə onları açıqlayacağıq. Dairə seçki komissiyalarından protokollar 2 günə MSK-ya çatdırılacaq. 2 gün sonra biz Seçki Məcəlləsinin tələbinə görə protokollar əsasında ilkin nəticəni açıqlayacağıq. Bizə 20 gün maksimum müddət verilir. Sonra nəticəni Konstitusiya Məhkəməsinə göndərəcəyik.”