Bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
Heftelik.az-ın məlumatına görə, saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb.
Seçki məntəqələri bağlanaraq səslərin sayılmasına başlanılıb.
Seçkilər 125 dairəni, ümumilikdə 6478 seçki məntəqəsini əhatə edib, 119 seçki dairəsi üzrə 1000 məntəqədə veb-kameralar quraşdırılıb.
6 421 960 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub.
Səsvermə üçün 6 516 567 bülleten çap edilib. Seçkilərdə 25 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.
Parlament seçkilərini izləmək üçün 112 749 nəfər yerli, 598 nəfər beynəlxalq müşahidəçi (51 qurumdan, 69 ölkənin vətəndaşları) qeydiyyatdan keçib.
Milli Məclisdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.