Fatman Skoop kimi tanınan amerikalı reper İsaak Friman Konnektikut ştatının Hamden şəhərində çıxışı zamanı səhnədə huşunu itirib və ölüb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “New York Post” məlumat yayıb.

Hadisə yerinə gələn həkimlər ifaçının həyatını xilas edə bilməyiblər.

Reper 1990-cı illərdə ” Be Faithful” mahnısı ilə şöhrət qazanıb.

O, “Qremmi” də daxil olmaqla, bir neçə musiqi mükafatının və nominasiyasının sahibi və namizədi olub.

Reperin 53 yaşı var idi.