ABŞ Dominikan Respublikasında Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub.+
Hefteıik.az-ın CNN-ə istinadən verdiyi məlumta görə, Vaşinqton hesab edir ki, təyyarə Amerika sanksiyalarından yayınaraq alınıb.
Hava gəmisi bazar ertəsi Dominikan Respublikasından Floridaya aparılıb.
Təxminən 13 milyon dollar dəyərində olan təyyarə son bir neçə ay ərzində Dominikan Respublikasında olub.
Əməliyyatda ABŞ Ədliyyə Nazirliyinin, Daxili Təhlükəsizlik Nazirliyinin və ABŞ Ticarət Nazirliyi yanında Sənaye və Təhlükəsizlik Bürosunun əməkdaşları və onların Dominikan Respublikasındakı həmkarları iştirak ediblər.