Yük verildikdə o, daşıyıcının yükün hesabına çəkdiyi xərcləri, gəminin boşaltma limanında boşdayanmasına görə haqqı, habelə, əgər bu, konosamentdə və ya yükün daşınması həyata keçirilən digər sənəd əsasında nəzərdə tutulmuşdursa, fraxtı və gəminin yükvurma limanında boşdayanmasına görə haqqı ödəməyə, ümumi qəza halında isə qəza haqqını ödəməyə və ya lazımi təminat təqdim etməyə borcludur.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Göstərilən məbləğlər ödənilənədək və ya təminat təqdim edilənədək daşıyıcı yükü saxlamaq hüququna malikdir.