Gəminin dövlət ehtiyaclarının təmin edilməsinə cəlb olunması, gəminin məhv olması və ya güc tətbiq edilməklə ələ keçirilməsi və gəminin üzgüçülüyə yararsız hesab edilməsi hallarında daçıyıcının dənizlə sərnişin daşınması müqaviləsinin icrasından imtina etmək hüququ var.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Daşıyıcı dənizlə sərnişin daşınması müqaviləsinin icrasından gəmi səfərə çıxanadək imtina etdikdə, sərnişinə gediş və baqajının daşınması üçün ödədiyi haqq tam həcmdə qaytarılır, səfərə çıxandan sonra imtina etdikdə isə həmin haqq daşımanın icra olunmadığı məsafəyə mütənasib olaraq qaytarılır.