Daşıma zamanı itirilmiş yükə görə fraxt tutulmur və əgər əvvəlcədən ödənilibsə, qaytarılır. İtirilmiş yük sonradan xilas edildikdə, daşıyıcının gəminin keçdiyi məsafəyə mütənasib miqdarda fraxt almaq hüququ var.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Təbii xüsusiyyətləri və ya yükgöndərəndən asılı olan səbəblər nəticəsində məhv olmuş və ya zədələnmiş yükə görə fraxt tam miqdarda ödənilir.