Daşıyıcı yükü daşınma üçün qəbul etdiyi andan onun verilməsi anına kimi yükü lazımi qaydada və səylə yükləməli, yerləşdirməli, daşımalı, ona qayğı göstərməli və boşaltmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Əgər daşınma üçün qəbul edilmiş yük öz xüsusiyyətlərinə görə xüsusi rəftar tələb edirsə və bu barədə dənizlə yük daşınması müqaviləsində və yük yerlərində göstəriş varsa, daşıyıcı yükə belə göstərişlərə uyğun olaraq qayğı göstərməlidir. Tərəflərin bu Məcəllənin 116.1-ci maddəsinə zidd olan razılaşmaları əhəmiyyətsizdir.