Sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndələrinin təqsiri (qəsdən və ya kobud ehtiyatsızlıq) nəticəsində vurduqları zərərə görə sığortaçı məsuliyyət daşımır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Gəmini sığortalayarkən sığortaçı, göstərilən hallardan başqa, aşağıdakı hallarda vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşımır:
– əgər dəniz üzgüçülüyünə yararsız vəziyyət zahirən görünməyən qüsurlardan irəli gəlmirsə, gəminin dəniz üzgüçülüyünə yararsız vəziyyətdə yola salınması;
– gəminin və onun ləvazimatının zamandan və ya adi istifadədən köhnəlib xarab olması;
– sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndələrinin xəbəri olmaqla, lakin sığortaçıdan xəbərsiz gəmiyə partlamaq və özündənalışma təhlükəsi olan maddə və predmetlərin yüklənməsi.