Konosamentin əvəzinə dəniz qaiməsi və ya yükün daşınma üçün qəbul edilməsini təsdiqləyən digər sənəd verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Daşıyıcı konosamenti olmayan yükün daşınma üçün qəbul edilməsini təsdiqləyən digər sənəd verdikdə, belə sənəd dənizlə yük daşınması müqaviləsinin bağlanmasının və yükün həmin sənəddə göstərildiyi kimi daşıyıcı tərəfindən qəbulunun sübutudur.