Aktyor Əlvan Fərmanoğlunun səhhətində ciddi problem yaranıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə aparıcı İlkin Həsənli sosial şəbəkə hesabında paylaşımında bildirib.
İlkin Həsənli qeyd edib ki, həkim səhlənkarlığı ucbatından aktyorun ayağı amputasiya edilib:
“Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. “Məlhəm” klinikasının bəzi “həkim”lərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək”.