Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.
Heftelik.az-ın xəbərinə görə, Prezident İlham Əliyev və birinci xanım sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində də olublar.