Sığortaçının sığorta haqqının hesablanması üçün tətbiq etdiyi sığorta tarifləri və onların iqtisadi əsaslandırılması (ölüm və əlillik cədvəlləri göstərilməklə) qəbul etdiyi sığorta risklərinə adekvat olmalı və sığortaçının maliyyə dayanıqlığına mənfi təsir göstərməməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya digər faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına (qurumlarına) hər hansı vasitə ilə xəbər verməlidir.