Sığortalının HÜQUQLARI

02 Sentyabr 2024, 08:06

Sığortalının hüquqları məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Sığortalının hüquqları:

– sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq;

– sığorta şəhadətnaməsi itdikdə və ya məhv olduqda sığortaçıdan onun dublikatını almaq;

– sığorta müqaviləsinin şərtləri və bu Qayda barədə sığortaçıdan izahatlar almaq;

– sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;

– sığorta müqaviləsi və ya şəhadətnaməsi elektron sənəd formasında bağlandığı halda sığortaçıdan sığorta müqaviləsinə və (və ya) sığorta şəhadətnaməsinə, o cümlədən bu Qaydaya çıxış imkanının təmin edilməsini tələb etmək;

– sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək və sığorta haqlarının bu Qaydaya uyğun olaraq qaytarılmasını tələb etmək;

– qanunvericilikdə və bu Qaydada nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.