Yükün satışından əldə edilən məbləğ daşıyıcı tərəfindən, özünə çatacaq haqq, saxlama və satılma üçün sərf edilən xərclər çıxılmaqla yükgöndərənə və ya fraxtedənə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Əgər yükün satışından əldə edilən məbləğ daşıyıcıya çatacaq məbləğləri ödəmək üçün kifayət deyilsə, daşıyıcının yükgöndərəndən və ya fraxtedəndən çatışmayan məbləği tələb etmək hüququ var.