Əgər tezalışan, partlayıcı və ya təbiətinə görə təhlükəli olan yük düzgün olmayan ad altında təhvil verilmişdirsə və yük qəbul ediləndə daşıyıcı xarici baxış yolu ilə onun xüsusiyyətlərinə əmin ola bilməzdisə, belə yük istənilən vaxt daşıyıcı tərəfindən şəraitdən asılı olaraq boşaldıla, zərərsizləşdirilə və ya məhv edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Bu halda yükgöndərənə vurulan zərərin əvəzi ödənilmir. Göstərilən yükün gəmiyə yüklənməsi nəticəsində daşıyıcıya və ya üçüncü şəxslərə vurulan zərərə görə məsuliyyət daşıyır. Belə yükün daşınmasına görə fraxt qaytarılmır.