Tərəflərin dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etməsinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Gəmi dəniz limanından çıxana kimi aşağıda göstərilən hallar yarandıqda, dənizlə yük daşınması müqaviləsinin hər bir tərəfinin digər tərəfə vurulan zərərin əvəzini ödəməyərək, onun icrasından imtina etməyə hüququ var:
– gəminin və ya yükün ələ keçirilməsi təhlükəsini yaradan hərbi və ya digər əməliyyatlar;
– gəminin yola düşdüyü və ya təyinat limanının blokadası;
– dənizlə yük daşınması müqaviləsinin tərəflərindən asılı olmayan səbəblərə görə müvafiq hakimiyyət orqanlarının sərəncamı ilə gəminin saxlanılması;
– gəminin dövlət ehtiyaclarının təmin edilməsinə cəlb olunması;
– daşınma üçün nəzərdə tutulmuş yükün yola salınan yerdən çıxarılmasına və ya təyinat yerinə gətirilməsinə müvafiq hakimiyyət orqanları tərəfindən qadağanın qoyulması.