Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 02.09.2024-cü il tarixində saat 22:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən 1 nəfərin tüstüdən zəhərlənməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Heftelik.az-a TƏBİB-dən bildirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 64 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölümü qeydə alınıb.
***
2 sentyabr saat 23 55
2 sentyabr 2024-cü il tarixində “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.
Heftelik.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.
Hazırda hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.