Daşıyıcının məsuliyyəti açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Yükün itirilməsinin, zədələnməsinin və ya çatdırılmasının gecikdirilməsinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirə bilən daşıyıcı daşımaya qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə, yaxud yükün çatdırılmasının gecikdirilməsinə görə məsuliyyət daşımır:
– qarşısıalınmaz qüvvə;
– dənizdə və gəmilərin üzdükləri digər sularda təhlükələr və ya təsadüflər;
– dənizdə insanların xilas edilməsi üçün istənilən tədbirlər və ya əmlakın xilas edilməsi üçün ağlabatan tədbirlər;
– daşıyıcının təqsiri olmadan baş verən yanğın;
– müvafiq hakimiyyət orqanlarının hərəkətləri və ya sərəncamları (saxlanma, həbs, karantin və s.);
– hərbi əməliyyatlar və xalq iğtişaşları;
– yükgöndərənin və ya yükalanın hərəkətləri və ya hərəkətsizlikləri;
– yükün zahirən görünməyən çatışmazlıqları, onun xüsusiyyətləri və ya təbii itkisi;
– yükün tarasının və ya qabının xarici görünüşündən gözəçarpmayan çatışmazlıqları;
– markaların lazımi qədər və ya aydın olmaması;
– işin tam və ya qismən dayandırılmasına, yaxud məhdudlaşdırılmasına səbəb olan tətillər və ya digər hallar;
– daşıyıcının, onun işçilərinin və ya agentlərinin təqsiri olmadan yaranan digər hallar.