Konosamentin məzmunu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Konosamentə aşağıdakı məlumatlar daxil edilməlidir:
– daşıyıcının adı;
– dənizlə yük daşınması müqaviləsinə müvafiq olaraq yükvurma limanının adı və yükün daşınmaq üçün qəbul edildiyi tarix;
– yükgöndərənin adı və olduğu yer;
– dənizlə yük daşınması müqaviləsinə əsasən təyinat limanının adı;
– yükalanın adı, əgər yükgöndərən tərəfindən göstərilibsə;
– yükün adı, yükün identifikasiyası üçün lazım olan əsas markalar, müvafiq hallarda yükün təhlükəli xarakterinə və ya xüsusi xassələrinə dair göstəriş, yerlərin və ya predmetlərin sayı, yükün çəkisi və ya digər üsulla qeyd edilmiş miqdarı. Bu halda bütün məlumatlar yükgöndərənin təqdim etdiyi kimi qeyd edilir;
– yükün və onun qablaşdırılmasının xarici vəziyyəti;
– yükalan tərəfindən ödəniləcək fraxtın məbləği və ya fraxtın onun tərəfindən ödənilməsinə dair digər göstəriş;
– konosamentin verildiyi yer və tarix;
– konosamentin əsl nüsxələrinin sayı, əgər onların sayı birdən artıqdırsa;
– daşıyıcının və ya onun adından hərəkət edən şəxsin imzası.