Ukraynanın Poltava şəhərində Rabitə İnstitutu və xəstəxanaya iki ballistik raketin düşməsi nəticəsində 47 nəfər ölüb, yaralıların sayı 206-a çatıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
İnstitutun binalarından biri qismən dağılıb, insanlar dağıntılar altında qalıb.