Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya faydalanan şəxs həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına (qurumlarına) xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları (qurumları) bu hadisə barədə dərhal məlumatlandırmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları (qurumları) tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.