Sığortaçının hüquqları və vəzifələri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.
Sığortaçının hüquqları:
– sığortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
– sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;
– qanunvericilikdə və bu Qaydada nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
Sığortaçının vəzifələri:
– sığortalıya bu Qaydanı və sığorta şəhadətnaməsini vermək;
– sığorta hadisəsi baş verdikdə bu Qaydanın 16-cı hissəsində nəzərdə tutulmuş sənədlərdən sonuncusunu aldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sığorta ödənişini vermək, yaxud sığortalıya və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etmək;
– sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına (qurumlarına) belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;
– sığorta hadisəsi barədə məlumat aldıqdan dərhal sonra bu Qaydada göstərilən sənədlərin alınması üçün borcverənə yazılı sorğu göndərmək;
– Bu Qaydada göstərilən şəxslər tərəfindən sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta sirri, habelə fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmaqla sığorta müqaviləsinin mövcudluğunun elektron qaydada yoxlanılması imkanını təmin etmək;
– qanunvericilikdə və bu Qaydada nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.