Sığortanın SİNİFLƏRİ

03 Sentyabr 2024, 08:05

Sığortanın sinifləri müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Bu Qaydaya əsasən təqdim olunan sığorta təminatı şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərinə aid edilir:

– həyatın ölüm halından sığorta;

– əmək qabiliyyətinin itirilməsi hallarından sığorta.

Bu Qaydaya görə sığorta obyekti sığortalının həyatı və əmək qabiliyyəti ilə bağlı əmlak mənafeləridir. Bu Qaydaya görə sığorta predmeti kredit müqavilələri üzrə borcalan fiziki şəxslərdir.

– Sığorta müqaviləsində sığorta təminatı verildiyi hallar istisna olmaqla, aşağıdakı kateqoriyalara aid şəxslər bu Qaydaya görə sığorta predmeti hesab edilmir:

-18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar;

– narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər;

– Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İİÇV daşıyıcıları olan xəstələr.