Traktor 22 kəndi qazsız qoydu

03 Sentyabr 2024, 12:50

Tərtər rayonunun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Heftelik.az-a verilən məlumata görə, bu gün saat 10:40-da traktor qazıntı işləri aparan zaman Tərtər rayonunun 22 kəndini qazla təmin edən d-219 mm-lik qaz xəttinə zərər yetirib. Bu səbəbdən hazırda rayonun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Təmir-bərpa işlərinə artıq başlanılıb. Gün ərzində işlərin yekunlaşdırılması və qaz təchizatının bərpası nəzərdə tutulub.