Ümumi qəza hesab edilməyən daha bir neçə hal var.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Göstərilən əlamətlər mövcud olduqda da aşağıdakılar ümumi qəza hesab edilmir:
– gəmidən ticarət gəmiçiliyi qaydalarının və adətlərinin pozulması ilə daşınan və kənara atılan yükün dəyəri;
– yanğının söndürülməsi zamanı tüstünün təsiri və ya qızma nəticəsində vurulan zərər;
– dəniz təhlükəsi nəticəsində faktiki itirilmiş və ya qopmuş qırıqların və ya gəmi hissələrinin sonradan kəsilməsindən vurulan zərər;
– suda olan gəminin mühərrikinin yaxud digər maşın və qazanlarının işinin gücləndirilməsi nəticəsində vurulan zərər;
– səfər müddətinin artırılması nəticəsində gəmiyə və ya yükə vurulan hər hansı bir zərər və ya itki (boşdayanmaya görə zərər, qiymətlərin dəyişməsi və s.).