Yükalana məxsus olmayan saxlama anbarına yük təhvil verildikdə, daşıyıcı yükü saxlamaq hüququnu, anbar sahibinə bu barədə dərhal bildiriş vermək şərti ilə, özündə saxlayır.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Daşıyıcı, saxlamaq hüququnu ondan asılı olmayan səbəblərə görə yerinə yetirə bilmədiyi hallar istisna olmaqla, yükü təhvil verdikdən sonra yükalanın ona ödəmədiyi məbləğləri yükgöndərəndən və ya fraxtedəndən tələb etmək hüququnu itirir.