Sığortaçının məsuliyyətdən azad edilməsi ilə bağlı növbəti hallar açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Yük və ya gözlənilən mənfəət sığortalanarkən sığortaçı, əgər zərərin aşağıda göstərilən hallar nəticəsində vurulduğunu sübuta yetirə bilsə, vurulan zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşımır:

– yükgöndərənin və ya yükalanın, yaxud onların nümayəndələrinin təqsiri (qəsdən və ya kobud ehtiyatsızlığı);

– yükün təbii xüsusiyyətləri (korlanma, azalma, paslanma, kiflənmə, axma və ya sınma, özündənalışma və s.);

– yükün lazımi qaydada qablaşdırılmaması.