Magistral neft kəmərləri obyektlərinin ərazisi təmiz saxlanılmalı, neft və neft məhsulları ilə çirklənməsinə yol verilməməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Magistral neft kəmərləri obyektlərinin ərazisinin girişində ərazi boyu hərəkətin sxemi, partlayış-yanğın təhlükəli obyektlərin və qaz təhlükəli yerlərin siyahısı, avtonəqliyyatın hərəkət sürətini 5 km/saat-a qədər məhdudlaşdıran işarələr qoyulmalıdır.