Fraxtedənin tələbi ilə gəminin səfərə vaxtından əvvəl göndərilməsi qaydası məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Fraxtedənə daşıma üçün bütün gəmi verildikdə, daşıyıcı fraxtedənin tələbi ilə, hətta yükün hamısı gəmiyə vurulmadıqda belə, gəmini səfərə yola salmalıdır. Bu halda daşıyıcı fraxtı tam həcmdə almaq hüququnu saxlayır.