Daşınma üçün qəbul edilmiş yükün itirilməsi və ya zədələnməsi, yaxud çatdırılmasının gecikdirilməsi ilə əlaqədar tələb daşıyıcının işçisinə və ya agentinə qarşı irəli sürüldükdə, belə işçi və ya agent, əgər öz vəzifəsi (səlahiyyəti) hüdudlarında hərəkət etdiyini sübuta yetirə bilsə, daşıyıcıya şamil edilən məsuliyyət və onun məhdudlaşdırılması haqqında qaydalardan istifadə edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Daşıyıcıdan, onun işçisindən və ya agentindən tutula bilən məbləğlər cəm halda bu Məcəllədə nəzərdə tutulmuş məsuliyyət həddindən çox ola bilməz.