Yük dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan boşaltma limanında tərəflərin razılığa gəldikləri müddətdə, belə razılıq olmadıqda isə konkret halları nəzərə almaqla qayğıkeş daşıyıcıdan tələb olunan ağlabatan müddətdə verilmədikdə, daşıyıcı yükün çatdırılmasını gecikdirmiş hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Əgər yükboşaltma limanında bu Məcəllədə müəyyənləşdirilmiş müddətdən sonra 30 təqvim günü ərzində yükü almağa səlahiyyəti olan şəxsə verilməyibsə, daşıyıcıya qarşı yükün itirilməsi ilə əlaqədar tələb irəli sürməyə hüququ olan şəxs yükü itirilmiş hesab edə bilər.